Tanınmış rusiyalı MMA ulduzu, yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov sosial şəbəkə hesabında Azərbaycanla bağlı paylaşım edib.
QOL.az xəbər verir ki, o, Bakıda keçirilən UFC turniri bağlı fikrini bölüşüb.
36 yaşlı sabiq çempion Azərbaycanda keçirdiyi görüşlərdən fotolar paylaşaraq, minnətdarlığını bildirib: "Azərbaycan, çox sağ ol, bu günlər heyrətamiz idi".
Qeyd edək ki, UFC-nin Bakıda başa çatan turnirində Nurməhəmmədovun məşqçisi olduğu Taqir Ulanbekov qələbə qazanıb. O, qazaxıstanlı Maksum Azatı (Qazaxıstan) məğlub edib.