AZ

İsrail-İran müharibəsində üstün tərəf hansı ölkədir?

"Hazırda davam edən İsrail-İran müharibəsində hansısa tərəfinin üstün olduğunu demək çətindir". 

Bu sözləri Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, hər iki tərəfdə ciddi dağıntılar var:

"Dağıntılar nəticəsində hər iki tərəfin infrastrukturuna ziyan deyib, hərbi texnikaları zədələnib və hərbçiləri həlak olub. Eyni zamanda, mülki vətəndaşlar arasında da itkilər var. 

İndiki məqamda nə İsrailin, nə də İranın müharibədə tam üstün olduğunu deyə bilərik. Bunun üçün bir qədər gözləmək lazımdır. Çünki geridə qalan müddət ərzində ciddi bir irəliləyiş əldə olunmayıb".

376158

Ekspert qeyd edib ki, hazırda çox mürəkkəb bir vəziyyət yaranıb:

"Bəli, İranda uranın zənginləşdirilməsilə bağlı nüvə obyektlərinə zərbələr endirilir. Amma nüvə başlıqları olduqca dərinliklərdə saxlanır və bunu ancaq texnik olaraq ABŞ bombardımançı təyyarələri məhv edə bilər. Hansı ki, onlar da həftəsonu İranın 3 nüvə obyektinə zərbə endirdilər. Lakin həmin növə başlıqlarının məhv edilib-edilmədiyi bəlli deyil. 

Məncə, İranın tamamilə nüvəsizləşdirilməsi bir qədər vaxt aparacaq. İndi isə İranın geosiyasi mövqeyi mürəkkəb bir vəziyyətdir. Çünki ABŞ tərəfi ona daha çox siyasi təzyiq edir. İsrail isə həm siyasi, həm də hərbi təzyiq edir". 

O hesab edir ki, İran hələ tam olaraq məğlub olmayıb:

"Rəsmi Tehran indiki vəziyyətdə geri çəkilmək niyyətində deyil. Düşünürəm ki, İran danışıqlar prosesini bərpa etsə, daha yaxşı olar. Çünki danışıqlar prosesi bərpa olunarsa, bəlkə də İran dağıntılardan xilas ola bilər. 

Hərçənd ki, İranın nüvənin zəngiləşdirilməsi prosesindən əl çəkmək niyyətində olmadığı da görünür. Amma ABŞ-nin danışıqlar prosesindən maraqlı olub-olmadığı sual altındadır. Bu isə o deməkdir ki, Yaxın Şərq regionunda mürəkkəb olan vəziyyət daha da mürəkkəbləşə bilər". 

Rüstəm Tağızadənin sözlərinə görə, İranda quru əməliyyatı həyata keçirmək də çox çətindir:

"Bunun üçün olduqca böyük sayda hərbçi və texnika tələb olunur. Bundan başqa, İranın ərazi baxımından böyük bir dövlət olduğunu da nəzərə almaq lazımdır. Yəni orada quru əməliyyatı həyata keçirmək çox çətin olar. Ona görə də PUA-lar, dronlar, qırıcılar və raketlərdən istifadə edirlər".

Pərviz

Seçilən
29
28
hit.az

10Mənbələr