AZ

Sfera.az İki qadının öldüyü maşından o sağ çıxarıldı - VİDEO

Xəbər verdiyimiz kimi, Bakı-Quba yolunda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
 

FHN-in mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, “112” qaynar telefon xəttinə Nügədi-Qazmalar yolunun 8-ci kilometrliyində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Quba rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Opel” markalı minik avtomobili ilə “Hyundai” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Opel” markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

 


Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1970-ci il təvəllüdlü Baxışov Ramin Sədr oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
 

Qeyd edək ki, “Opel” markalı minik avtomobilində olan digər 2 nəfər hadisə yerində keçinib.


Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Seçilən
23
8
sfera.az

10Mənbələr