Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qubarayonu, Nügədi-Qazmalar yolunun 8-ci kilometrliyində yol-nəqliyyatqəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdəqalması barədə məlumat daxil olub.
Trend xəbər verirki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından MühafizəXidmətinin Quba rayon Yanğından Mühafizə Hissəsininyanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyənolunub ki, “Opel” markalı minik avtomobili ilə “Hyundai” markalıminik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi başverib və “Opel” markalı minik avtomobilinin sürücüsü deformasiyayauğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi iləavtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1970-ci il təvəllüdlüBaxışov Ramin Sədr oğlunu xilas edərək təcili tibbi yardımbriqadasına təhvil veriblər.
Hadisə nəticəsində iki nəfər vəfat edib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqataparılır.