AZ

ABŞ İranın üç nüvə obyektini vurub

ABŞ İranın əsas nüvə infrastrukturu obyektlərinə zərbələr endirib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında bildirib.

Prezident Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İrandakı üç nüvə obyektinə zərbə endirdiyini açıqlayıb.

“İrandakı Fordo, Nətənz və İsfahan daxil olmaqla üç nüvə obyektinə uğurlu hücum tamamladıq. Bütün təyyarələr artıq İran hava məkanından kənardadır. Dünyada bunu edə biləcək başqa bir ordu yoxdur. İndi sülh zamanıdır! Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirik”, – deyə Trmap qeyd edib.

ABŞ-ın “Fox News” telekanalı və İranın IRNA agentliyi Fordo nüvə obyektinin hava hücumuna məruz qalması barədə məlumatlar yayıb.

Seçilən
9
50
ikisahil.az

10Mənbələr