İyunun 20-21 tarixlərində Bakıda keçirilən "Qaydasız döyüş" (UFC) turnirində təhlükəsizlik polis əməkdaşları tərəfindən təmin olunur.
Far.Az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, tədbirin keçirildiyi arenaya gələn azarkeşlər-iştirakçılar yoxlanılmaqla qadağan olunan əşyaların keçirilməsinə icazə verilmir.
Qadağan olunmuş əşyaların siyahısı barədə tədbirin keçiriləcəyi məkanda məlumat lövhələri quraşdırılıb.
Turnir zamanı şüşə və metal qablar, kəsici-deşici alətlər, dəyənəklər, fişənglər və partlayıcı maddələr, səsgücləndirici qurğular arenaya buraxılmır.
Turnirin təhlükəsiz və uğurlu keçirilməsi üçün zəruri tədbirlər diqqətdə saxlanılır.