AZ

Hərbi helikopter partlayıb

Somalinin paytaxtı Moqadişodakı Aden-Adde beynəlxalq hava limanında hərbi helikopter qəzaya uğrayıb.

Avtosfer.az Bu barədə yerli KİV-ə istinadən xəbər verir.

Bildirilir ki, helikopter Somali Afrika İttifaqı Missiyasına (ATMIS) məxsus olub. Bəzi məlumatlara görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus olub.

Məlumata görə, helikopter qəza zamanı partlayıb. Eyni zamanda, bildirilir ki çoxsaylı qurbanlar var, lakin dəqiq say təsdiqlənməyib.

Hakimiyyət orqanlarından hələ ki, rəsmi açıqlama verilməyib.

Seçilən
6
47
avtosfer.az

10Mənbələr