AZ

İsrail xüsusi təyinatlıları Dəməşq yaxınlığında gizli əməliyyat keçirdi – 5 saatlıq helikopter hərəkatı

İsrail Hərbi Hava Qüvvələrinə məxsus üç helikopter bu gün səhər saatlarında Suriyanın Dəməşq şəhərindən cəmi 10 kilometr məsafədə yerləşən Yafur qəsəbəsinə qoşun endirib.

Musavat.com xəbər verir ki, bu barədə “Əl Mayadeen” telekanalı məlumat yayıb. Bildirilir ki, helikopterlərlə endirilmiş xüsusi təyinatlı israilli əsgərlər ərazidə yerləşən Respublika Qvardiyasının tərk edilmiş hərbi bazasında əməliyyat aparıblar.

Məlumata görə, əməliyyat təxminən 5 saat davam edib. Ardınca israilli hərbçilər heç bir itki vermədən helikopterlərlə Suriya ərazisini tərk ediblər.

Hadisə regionda gərginliyin daha da artmasına səbəb ola bilər. Rəsmi Dəməşq hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Musavat.com

Seçilən
3
47
musavat.com

10Mənbələr