AZ

Azərbaycan kimya sənayesi məhsulları ixracından gəlirini 45%-dən çox artırıb

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycandan 148,6 milyon ABŞdolları dəyərində 479,2 min ton kimya sənayesi məhsulları ixracedilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbərverir.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədədəyər baxımından 46,4 milyon ABŞ dolları və ya 45,3%, həcmifadəsində isə 54,5 min ton və ya 12,8% çoxdur.

Hesabat dövründə kimya sənayesi məhsulları ixracı ölkənin ümumiixracına nisbətən 1,35%, qeyri-neft sektoru üzrə ixracına nisbətənisə 10,56% paya malik olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Azərbaycanxarici ölkələrlə 20,966 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən2,527 milyard ABŞ dolları və ya 13,7% çoxdur.

Xarici ticarət dövriyyəsinin 11,001 milyard ABŞ dolları ixracın,9,965 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 1,2% azalıb, idxal isə 36,5% artıb.

Nəticədə, xarici ticarətdə 1,036 milyard dollarlıq müsbət saldoyaranıb. Bu da illik müqayisədə 2,801 milyard ABŞ dolları və ya 3,7dəfə azdır.

Seçilən
32
50
az.trend.az

10Mənbələr