AZ

Messi qol vurdu, "İnter Mayami" qalib gəldi

style='margin-bottom:10px;'>

"İnter Mayami" (ABŞ) klublararası dünya çempionatının 2-ci turunda "Portu" (Portuqaliya) ilə qarşılaşıb.

QOL.az xəbər verir ki, A qrupunun görüşü Atlantadakı "Mercedes-Benz Stadium"da keçirilib. Qarşılaşmada "İnter Mayami" 2:1 hesabı ilə qalib gəlib.

Hesabı 8-ci dəqiqədə "Portu"nun futbolçusu Samuel Aqehova açıb. O, penaltini dəqiq yerinə yetirib. 47-ci dəqiqədə "İnter Mayami"dən Telasko Seqoviya bərabərliyi təmin edib. 54-cü dəqiqədə isə Lionel Messi cərimə zərbəsindən "İnter Mayami"yə qələbə qazandıran qolu vurub.

Qrup mərhələsinin 2 oyunundan sonra “İnter Mayami” 4 xalı var və A qrupunda 2-cidir. “Portu” isə 1 xalla 3-cü pillədə qərarlaşır.

Seçilən
16
1
teleqraf.com

10Mənbələr