ain.az bildirir, Qol.az portalına istinadən.
"İnter Mayami" (ABŞ) klublararası dünya çempionatının 2-ci turunda "Portu" (Portuqaliya) ilə qarşılaşıb.
QOL.az xəbər verir ki, A qrupunun görüşü Atlantadakı "Mercedes-Benz Stadium"da keçirilib. Qarşılaşmada "İnter Mayami" 2:1 hesabı ilə qalib gəlib.
Hesabı 8-ci dəqiqədə "Portu"nun futbolçusu Samuel Aqehova açıb. O, penaltini dəqiq yerinə yetirib. 47-ci dəqiqədə "İnter Mayami"dən Telasko Seqoviya bərabərliyi təmin edib. 54-cü dəqiqədə isə Lionel Messi cərimə zərbəsindən "İnter Mayami"yə qələbə qazandıran qolu vurub.
Qrup mərhələsinin 2 oyunundan sonra “İnter Mayami” 4 xalı var və A qrupunda 2-cidir. “Portu” isə 1 xalla 3-cü pillədə qərarlaşır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.