AZ

Klublararası dünya çempionatı: Messi "İnter Mayami"yə qələbə qazandırdı

BAKI. 20 iyun. TELEQRAF

ABŞ-da təşkil olunan klublararası dünya çempionatında A qrupunun II turunun növbəti matçında ABŞ-ın "İnter Mayami" və Portuqaliyanın "Portu" komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, Atlanta şəhərindəki "Mersedes Bents" stadionunda təşkil olunmuş qarşılaşma yerli kollektivin əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 8-ci dəqiqədə "Portu"nun futbolçusu Samuel Agehova açıb. "İnter Mayami" fasilədən sonra oyunda dönüş etməyi bacarıb. 47-ci dəqiqədə Telasko Seqoviya hesabı bərabərləşdirib.

54-cü dəqiqədə isə Lionel Messi qələbə topunun müəllifi olub. Bu, argentinalı hücumçunun ABŞ komandasında 61-ci matçında 50-ci qolu olub.

Bu qələbə sayəsində xalını 4-ə çatdıran "İnter Mayami" Braziliya "Palmeyras"ı ilə birlikdə qrupda ilk 2 yeri bölüşür. Hərəyə 1 xala malik "Portu" və Misirin "Əl-Əhli" komandaları 3-4-cü yerlərdə qərarlaşıblar. II turun ilk oyununda "Palmeyras" "Əl-Əhliyə" 2:0 hesabı ilə qalib gəlib.

Seçilən
10
10
teleqraf.com

10Mənbələr