Türkiyədə Məmləkət Partiyasının sədri Məhərrəm İncə Cümhuriyyət Xalq Partiyasına (CHP) dönür.
Heftelik.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Məhərrəm İncə iyunun 24-də rəsmən CHP üzvü olacaq.
Məhərrəm İncəyə partiya nişanını CHP sədri Özgür Özəl taxacaq.
Məmləkət Partiyasının isə növbədənkənar qurultay keçirərək özünü ləğv etməsi gözlənilir.
Qeyd edək ki, Məhərrəm İncə CHP-nin parlament qrupunun rəhbəri, bundan öncəki prezident seçkilərində partiyanın prezidentliyə namizədi olub. Eyni zamanda CHP sədri postu uğrunda Kamal Kılcdaroğlu ilə də mübarizə aparıb. Daha sonra isə CHP-dən ayrılaraqMəmləkət Partiyasını yaradıb.