RU

Məhərrəm İncə CHP-yə qayıdır – TARİX

Türkiyədə Məmləkət Partiyasının sədri Məhərrəm İncə Cümhuriyyət Xalq Partiyasına (CHP) dönür.

Heftelik.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Məhərrəm İncə iyunun 24-də rəsmən CHP üzvü olacaq.

Məhərrəm İncəyə partiya nişanını CHP sədri  Özgür Özəl taxacaq.

Məmləkət Partiyasının isə növbədənkənar  qurultay keçirərək özünü ləğv etməsi gözlənilir.

Qeyd edək ki, Məhərrəm İncə CHP-nin parlament qrupunun rəhbəri, bundan öncəki prezident seçkilərində partiyanın prezidentliyə namizədi olub. Eyni zamanda CHP sədri postu uğrunda Kamal Kılcdaroğlu ilə də mübarizə aparıb.  Daha sonra isə CHP-dən ayrılaraqMəmləkət Partiyasını yaradıb.

 

Избранный
28
heftelik.az

1Источники