Bu gün təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü keçirilib. Bu dəfəki imtahanda coğrafiya və ibtidai sinif müəllimləri iştirak ediblər.
Ucnoqta.az xəbər verir ki,bu gün keçirilən sertifikatlaşdırma prosesində Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə maksimum (60 bal) nəticə qeydə alınıb.
Masallı şəhər 2 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Azad Mustafayev sertifikasiya imtahanının test mərhələsindən 60 bal toplayıb.
Bu gün təşkil olunan test imtahanına ümumilikdə 4330 nəfər müəllim dəvət olunub.