AZ

Coğrafiya müəllimi sertifikasiyada 60 bal topladı

Bu gün təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü keçirilib. Bu dəfəki imtahanda coğrafiya və ibtidai sinif müəllimləri iştirak ediblər.

Ucnoqta.az xəbər verir ki,bu gün keçirilən sertifikatlaşdırma prosesində Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə maksimum (60 bal) nəticə qeydə alınıb.

Masallı şəhər 2 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Azad Mustafayev sertifikasiya imtahanının test mərhələsindən 60 bal toplayıb.

Bu gün təşkil olunan test imtahanına ümumilikdə 4330 nəfər müəllim dəvət olunub.

Seçilən
4
3
ucnoqta.az

4Mənbələr