AZ

Coğrafiya müəllimi sertifikasiyada maksimum bal TOPLADI

Təhsilverənlərin bu gün keçirilən sertifikatlaşdırma prosesində Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə maksimum (60 bal) nəticə qeydə alınıb.

Redaktor.az modern.az-a istinadla xəbər verir ki, Masallı şəhər 2 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Azad Mustafayev sertifikasiya imtahanının test mərhələsindən 60 bal toplayıb.

Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günündə - iyunun 19-da coğrafiya və ibtidai sinif müəllimləri iştirak edirlər.

Bu gün təşkil olunan test imtahanına ümumilikdə 4330 nəfər müəllim dəvət olunub.

Seçilən
0
3
redaktor.az

4Mənbələr