AZ

60 bal toplayan daha iki müəllim Bu məktəblərdə İŞLƏYİRLƏR

Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Sertifikasiya imtahanında daha iki müəllim maksimal 60 bal toplayıb.

Modern.az-ın məlumatına görə, onlardan biri Fərqanə Quliyevadır.

O, Hökməli qəsəbə tam orta məktəbində riyaziyyat müəllimi işləyir. 2020-ci ildə Bakı Mühəndislik Universitetinin "Riyaziyyat və informatika müəllimliyi" ixtisasını bitirib, 2021-ci ildə MİQ imtahanında 53 bal toplayaraq müəllimlik fəaliyyətinə başlayıb.

Maksimal bal toplayan digər müəllim Gülşən Şahverdiyeva Bakıdakı 103 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi çalışır. O, 4 il Bakı Atatürk liseyində fəaliyyət göstərdikdən sonra 2023-cü ildə MİQ imtahanında iştirak edərək 70,075 bal toplayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
11
modern.az

10Mənbələr