Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Sertifikasiya imtahanında daha iki müəllim maksimal 60 bal toplayıb.
Modern.az-ın məlumatına görə, onlardan biri Fərqanə Quliyevadır.
O, Hökməli qəsəbə tam orta məktəbində riyaziyyat müəllimi işləyir. 2020-ci ildə Bakı Mühəndislik Universitetinin "Riyaziyyat və informatika müəllimliyi" ixtisasını bitirib, 2021-ci ildə MİQ imtahanında 53 bal toplayaraq müəllimlik fəaliyyətinə başlayıb.
Maksimal bal toplayan digər müəllim Gülşən Şahverdiyeva Bakıdakı 103 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi çalışır. O, 4 il Bakı Atatürk liseyində fəaliyyət göstərdikdən sonra 2023-cü ildə MİQ imtahanında iştirak edərək 70,075 bal toplayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.