AZ

“Sabah”ın Avropa Liqasının 2-ci mərhələsindəki potensial rəqibi bilindi

Bu gün UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb.

İdmanxeber.az-ın məlumatına görə, ölkəmizi Avropa Liqasında təmsil edəcək “Sabah”ın da potensial rəqibi bəlli olub. “Bayquşlar” Sloveniyanın “Sele” klubunu keçsə, II turda AEK (Kipr) – “Partizan” (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq. 

“Sabah” – “Sele” cütünün məğlubu isə yoluna Konfrans Liqasının 2-ci təsnifat mərhələsində davam edəcək.

AL ilə vidalaş komanda KL-in ikinci turunda “Rapid” (Avstriya), “Yagelloniya” (Polşa), “Birkirkara” (Malta), “Universitata” (Rumıniya) və “Atletik Eskaldes” (Andorra) – “Düdelanj” (Lüksemburq)  cütünün qalibi ilə üz-üzə gələcək.

Avropa Liqasında 2-ci mərhələnin ilk oyunları iyulun 24-də, cavab görüşləri isə 31-də təşkil olunacaq. “Sabah” növbəti mərhələyə vəsiqə qazanarsa, ilk oyununu öz meydanında keçirəcək.

Seçilən
15
1
idmanxeber.az

8Mənbələr