AZ

Prezidentdən sərt açıqlama: KDÇ ləğv edilməlidir

La Liqa prezidenti Xavyer Tebas ABŞ-da keçirilən klublararası dünya çempionatı barədə sərt açıqlama verib.

Publika.az xəbər verir ki, o, ilk dəfə keçirilən mundialın ləğv edilməli olduğunu bildirib:

"Turnirin strukturunu necə yaxşılaşdırmaq olar? Sadəcə onu ləğv etməklə. Mənim məqsədim budur. Klublararası dünya çempionatı bir daha keçirilməsin. Bu məsələdə tam əminəm.

Bu turnir üçün yer yoxdur. Eyni klublar və oyunçular arasında pulun yenidən bölüşdürülməsi məqsədilə keçirilən daha bir yarışa ehtiyac yoxdur. Bu model milli çempionatların ekosistemini, xüsusilə də Avropada dağıdır. Üstəlik, televiziya hüquqları bazarı artıq tükənib.

Biz mövcud ekosistemi qoruyub saxlamalıyıq və bu turnirin hazırkı formatını ləğv etməliyik. Klublararası dünya çempionatı əvvəlki kimi qalmalıdır, bir həftəsonunda baş tutsun və bitsin. Hazırda belə bir yarış üçün boş tarixlər yoxdur.

Seçilən
73
23
publika.az

10Mənbələr