ain.az bildirir, Footbal-plus portalına istinadən.
Artıq ənənə halını alıb: pis hava klublarası dünya çempionatınnın oyunlarına müntəzəm mane olur. "Football-plus.az" xəbər verir ki, iyunun 20-də “Benfika” – “Oklend Siti” oyununu leysan üzündən dayandırmaq lazım gəldi: Florida ştatının Orlando şəhərini “ağuşuna alan” güclü yağış futbolçuların 2-ci hissəyə vaxtında çıxmasına mane oldu. İlk baxışdan belə hava şəraitində oynamaq olar, eləmi? Ancaq KDÇ-də fərqli düşünürlər. Hava ilə bağlı proqnoz yaxşı olmadığına görə komandalar üçün fasilə iki saat çəkdi. Portuqaliya və Yeni Zelandiya komandaları gözlədiyi vaxt günün digər oyunu start götürdü – “Çelsi” ilə “Flamenqo” meydana çıxdı. Nəticədə “Benfika” – “Oklend Siti” oyunu bundan gec bitdi. Oyun dayandırılanda portəgizlər 1:0 öndə idi, sonda 6:0 qeydə alındı. Hərçənd bu məqam çətin ki “Oklend Siti” futbolçularının əhvalını korlaya. Həvəskarlar top səviyyəli komanda ilə rəqabətin uzanmasının ləzzətini yaşadı.İyunun 19-da isə Nyu-Cersi ştatının İst-Ruterford şəhərində keçirilən “Palmeyras” – “Əl-Əhli” oyunu 2-ci hissədə 40 dəqiqəliyə dayandı. Yenə də hava... Oyunçular paltardəyişmə otağına yollandı, azakeşlərdən isə yerlərini tərk etmək və stadionun vestibülünə sığınmaq xahiş olundu. İyunun 18-də keçirilən “Paçuka” – “Zaltsburq” oyunu da havanın təsirinə məruz qaldı. Sinsinnatidə qəfil göyün üzü qaraldı, güclü yağış, qasırğa başladı. Stadionda adam az idi, cəmi 5282 azarkeş gəlmişdi. Ancaq say önəmli deyil. Amerikada tufanlı havada tədbirlərin keçirilməməsi ilə bağlı sərt qadağa var. Hətta məktəb turnirlərinə də icazə verilmir. Komandalar yarımsaatlığa meydanı tərk etdi. Oyun “Zaltsburq”un 2:1 hesablı qələbəsi ilə bitdi.İyunun 17-də Orlandoda keçirilən “Ulsan” – “Mamelodi Sandaunz” oyununu da vaxtında başlamaq mümkün olmadı. Start üçün hər şey hazır idi, komandalar meydanda dayanmışdı, ancaq referi Kleman Türpen qəfil kapitanları yanına çağırdı və paltardəyişmə otağına yollanmalı olduqlarını dedi. Ona görə ki, yağış və şimşək ilə birgə tornado yaxınlaşırdı. Heç də bütün azarkeşlər tribunaları tərk etmək istəməsələr də, sonradan məsləhət eməl etməli, gizlənməli oldular. Onların sayı cəmi 3412 idi, odu ki, heç bir problem yaranmadı. “Mamelodi”nin şən fanatları vaxtı boşa vermədi: damın altında şənlik etdilər. Bir saatdan sona oyun bərpa olundu, onların sevimli komandası “Ulsan”ın qapısından bir neçə top keçirsə də, yalnız biri sayıldı. Ancaq bu da qələbə üçün bəs etdi.Havanın turnirə müdaxiləsi yalnız yağışdan və fırtınadan ibarət deyil. PSJ, “Mançester Siti” və “Real”ın oyunçuları istidən şikayətlənib. İş ondadı ki, Avropanın top klublarının oyunları əsasən günün işıqlı vaxtında başlayır – bunu yayın niyyəti ilə edirlər ki, Avropada oyunlara gecə yox, axşam saatlarında baxmaq mümkün olsun. Ancaq belə oyunlar vaxtı havanın hərarəti 30 dərəcəyə çatır. Günəşin yandırıcı şüası altında oynamaq çətinləşir. Ənənəvi su fasiləsi yaranır.“Atletiko”dan Markos Lyorente PSJ ilə oyundan sonra belə dedi:
“Belə erkən oynamaq mümkün deyil – küçədə vəhşicəsinə isti var! Oyun vaxtı hətta dırnaqlarım da ağrıyırdı, normal qaça bilmirdim”.
Belə hava təkcə futbolçulara problem yaratmır. Məsələn, Pasadina şəhərindəki “Rose Bowl”da azarkeşlər günəşin altında oturmalı olur, bu stadionda tavan yoxdu. “Reuters”in yazdığına görə, bəzi azarkeşlər susuzluq və huşunu itirmək qorxusu ilə fasilədə stadionu tərk edib.Klublararası dünya çempionatının həm də gələnilki mundialın baş məşqi olduğunu nəzərə alsaq (bir il sonrakı turnir də təxminən eyni vaxtda keçiriləcək), təşkilatçılar nəticə çıxarmalıdı. Bəlkə də tornado olmayacaq, ancaq günəşin yandırıcı istisi işləri korlaya bilər. Və DÇ-2026-da bu turnirdən fərqli oyunların sayı 63 yox, 104 olacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.