"Araz-Naxçıvan" 2025-2026-cı illər mövsümünün hazırlığına start verib.
İdman.biz xəbər verir ki, məşqlərdə hələlik yerli futbolçular iştirak edir.
Legionerlərdən yeni transfer Simakala Ba-Muaka komandanın düşərgəsindədir. Digər futbolçular yaxın günlərdə məşqlərə qoşulacaq.
Qeyd edək ki, Konfrans Liqasında debut edəcək "Araz-Naxçıvan"ın rəqibi bu gün bəlli olacaq.
İdman.biz