AZ

“Araz-Naxçıvan” Konfrans Liqasının hazırlığına başladı

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Araz-Naxçıvan” 2025/2026-cı illər mövsümünün hazırlığına start verib.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, məşqlərdə hələlik yerli futbolçular iştirak edirlər. Legionerlərdən yalnız yeni transfer Ba-Muaka Simakala komandanın düşərgəsindədir. Digər futbolçular yaxın günlərdə məşqlərə qoşulacaqlar.

Xatırladaq ki, bu yay Avropa Konfrans Liqasında debut edəcək “Araz-Naxçıvan”ın rəqibi bu gün bəlli olacaq.

Seçilən
4
4
arena.az

10Mənbələr