ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Araz-Naxçıvan" 2025-2026-cı illər mövsümünün hazırlığına start verib.
QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, məşqlərdə hələlik yerli futbolçular iştirak edir.
Legionerlərdən yeni transfer Simakala Ba-Muaka komandanın düşərgəsindədir. Digər futbolçulardan yaxın günlərdə məşqlərə qoşulacağı bildirilib.
Xatırladaq ki, "Araz-Naxçıvan" Azərbaycanı Konfrans Liqasında təmsil edəcək. Komandanın 2-ci təsnifat mərhələsindəki rəqibi bu gün bəlli olacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.