AZ

Ağ Ev: Tramp Kanadada Zelenski ilə görüşəcək

ABŞ Prezidenti Donald Tramp Kanadada keçiriləcək Yeddilik Qrupu (G7) sammiti çərçivəsində Volodimir Zelenski, Meksika Prezidenti Klaudiya Şeynbaum və Kanadanın Baş naziri Mark Karni ilə ikitərəfli görüşlər keçirəcək.

Operativ Media xəbər verir ki, bu barədə Ağ Ev rəsmisi jurnalistlərə açıqlamasında bildirib.

Rəsminin sözlərinə görə, Tramp sammit çərçivəsində Karni, Zelenski və Şeynbaumla ikitərəfli görüşlər keçirəcək.

Tramp Kanadaya daha əvvəl gəlib. G7 sammiti (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) iyunun 15-dən 17-dək Kanadanın Alberta əyalətində yerləşən Kananaskis kurort zonasında keçiriləcək.

Seçilən
24
3
operativmedia.az

9Mənbələr