AZ

Tramp Kanadada G7 sammitində Zelenski ilə görüşəcək Ağ Ev

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Kanadada keçirilən Yeddilik Qrupunun (G7) sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski, Meksika Prezidenti Klaudiya Şeynbaum və Kanada Baş naziri Mark Karni ilə ikitərəfli görüşlər keçirəcək.

“Report” xəbər verir ki, bu barədə bazar günü Ağ Ev əməkdaşı jurnalistlərə bildirib, onun sözlərini Vaşinqton administrasiyası başçısının mətbuat qrupu təqdim edib.

Rəsminin dediyinə görə, Tramp sammit çərçivəsində “Karni, Zelenski və Şeynbaum ilə ikitərəfli görüşlər keçirəcək”.

Qeyd edək ki, Tramp Kanadada səfərdədir. Yeddilik Qrupunun (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) sammiti 15-17 iyun tarixlərində Kanadanın Kananaskis kurort bölgəsində (Alberta əyaləti) keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
6
azpolitika.info

9Mənbələr