AZ

Ağ ev: Tramp Kanadada G7 sammitində Zelenski ilə görüşəcək

ABŞ Prezidenti Donald Tramp Kanadada keçirilən Yeddilik Qrupunun (G7) sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski, Meksika Prezidenti Klaudiya Şeynbaum və Kanada Baş naziri Mark Karni ilə ikitərəfli görüşlər keçirəcək.

Demokrat.az xəbər verir ki, bu barədə bazar günü Ağ ev əməkdaşı jurnalistlərə bildirib, onun sözlərini Vaşinqton administrasiyası başçısının mətbuat qrupu təqdim edib.

Rəsminin dediyinə görə, Tramp sammit çərçivəsində “Karni, Zelenski və Şeynbaum ilə ikitərəfli görüşlər keçirəcək”.

Seçilən
14
6
demokrat.az

9Mənbələr