AZ

Netanyahu: İsrail kəşfiyyatı İranın HHM sistemlərinin bir hissəsini sıradan çıxarıb

BAKI, 15 iyun. TELEQRAF

İsrail ordusu İrana zərbələr endirməzdən əvvəl kəşfiyyatımız İslam respublikasının hava hücumundan müdafiə vasitələrinin bir hissəsini sıradan çıxarıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu “Fox News” telekanalına müsahibəsində bildirib.

"Onların İranın qərb sərhədi ilə Tehran arasında çox sıx hava hücumundan müdafiə eşelonları var idi", - o söyləyib.

Baş nazirin sözlərinə görə, İsrail kəşfiyyatının əməkdaşları "mövcud müdafiə qatlarını aradan qaldırmaq üçün əla iş görüblər".

"Ona görə də Tehrana sərbəst yolumuz var. Təyyarələrimiz vurulmadan Tehranda və digər yerlərdə bizə lazım olan hədəflərə zərbə endirə bilərik", - o əlavə edib.

İran hakimiyyətinin İsrailə məxsus bir neçə F-35 qırıcısının vurulduğunu bəyan etməsi ilə bağlı sualı cavablandırarkən Netanyahu heç bir təyyarənin vurulmadığını söyləyib.

Seçilən
7
50
teleqraf.com

10Mənbələr