"Tramp İrana zərbədən xəbərdar idi, məqsəd atəşkəs deyil, rejim dəyişikliyidir".
Publika.az xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu “Fox News” telekanalına müsahibəsində deyib.
O qeyd edib ki, Donald Trampı İrana hücumla bağlı əvvəlcədən məlumatlandırıb.
Baş nazir ABŞ ilə əməkdaşlığı "görünməmiş" adlandırıb və İsrail kəşfiyyatının Vaşinqtonla istənilən bir məlumatı paylaşdığını vurğulayıb.
Onun sözlərinə görə, İsrailin məqsədi gərginliyin azaldılması deyil, onun İsrail, Körfəz ölkələri, ABŞ və Avropa üçün "ekzistensial və ölümcül təhlükə" kimi qiymətləndirdiyi İranı tamamilə cilovlamaqdır.