AZ

Netanyahu Xameneinin öldürülməsi ilə bağlı deyilənləri təkzib etdi - Yenilənib

ABŞ Prezidenti Donald Tramp İsrailin İranın Ali dini lideri Ayətullah Əli Xameneinin sui-qəsd planına “veto qoyub”.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Reuters” özəl mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, İran amerikalılara birbaşa zərbə endirmədiyi müddətcə, ABŞ belə tədbirləri təsdiqləməyə hazır deyil.

Agentlik bildirir ki, ABŞ administrasiyasının nümayəndələri İsrail və İran arasında genişmiqyaslı əməliyyatlar başlayandan bəri İsrail rəsmiləri ilə daimi təmasda olublar.

Agentliyin məlumatına görə, onlar Vaşinqtonu Xameneini aradan qaldırmağın real mümkünlüyü barədə xəbərdar ediblər, lakin Tramp bu variantı rədd edib. Mənbələr ABŞ prezidentinin İsrailin Baş naziri Benyamin Netanyahu ilə müntəzəm birbaşa əlaqələr qurduğunu qeyd edib.

***

İsrailin Baş naziri Benyamin Netanyahu “Fox News”a müsahibəsində “Reuters”in bu xəbərini təkzib edib:

“Belə bir şey heç vaxt baş verməyib. Onu deyə bilərəm ki, biz lazım olanı edirik”, - Netanyahu deyib.

Seçilən
39
50
qafqazinfo.az

10Mənbələr