AZ

KDÇ-2025: “Bavariya” rəqibinə 10 qol vurdu

BAKI, 15 iyun. TELEQRAF

Almaniyanın “Bavariya” komandası ABŞ-də təşkil olunan FIFA Klublararası Dünya Çempionatında ilk oyununu keçirib.

Teleqraf xəbər verir ki, C qrupunda mübarizə aparan Münhen təmsilçisi Yeni Zelandiyanın “Oklend Siti” klubu ilə üz-üzə gəlib.

Vensan Kompaninin rəhbərlik etdiyi kollektiv rəqibinə şans tanımayıb - 10:0.

“Bavariya”nın heyətində Kinqsli Koman (6, 22), Saşa Buy (18), Maylk Olise (20, 45+3), Tomas Müller (45, 89) və Camal Musiala (68, 73 - penalti, 84) fərqləniblər.

Bu qrupun digər qarşılaşması iyunun 17-də “Boka Xuniors” (Argentina) və “Benfika” (Portuqaliya) arasında baş tutacaq.

Qeyd edək ki, mundiala iyulun 13-də yekun vurulacaq.

Seçilən
17
6
teleqraf.com

6Mənbələr