AZ

KDÇ-2025: “Palmeyras” və “Porto” meydandan sülhlə ayrıldılar

BAKI, 15 iyun. TELEQRAF

ABŞ-də təşkil olunan FIFA Klublararası Dünya Çempionatında A qrupunun ikinci oyunu da 0:0 hesabı ilə başa çatıb.

Teleqraf xəbər verir ki, Braziliyanın “Palmeyras” və Portuqaliyanın “Porto” klubları arasında görüş başladığı hesabla başa çatıb.

Belə ki, hər iki komandanın səylərinə baxmayaraq, oyunda hesab açılmayıb.

Beləliklə, ilk turun oyunlarından sonra A qrupunda 4 komandanın hər birinin hesabında 1 xal var.

Xatırladaq ki, qrupun ilk oyununda ABŞ-nin “İnter Mayami” klubu Misirin “Əl-Əhli” klubu ilə 0:0 hesablı heç-heçəyə razılaşmışdı.

Seçilən
21
6
teleqraf.com

6Mənbələr