AZ

KDÇ-2025: “Botafoqo” “Sietl Saunders”iu məğlub etdi

BAKI, 16 iyun. TELEQRAF

Futbol üzrə klublararası dünya çempionatında daha bir oyun keçirilib.

Teleqraf xəbər verir ki, Braziliyanın “Botafoqo” klubu ABŞ-nin “Sietl Saunders” komandası ilə üz-üzə gəlib.

Oyun Braziliya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatdıb.

Hesabı 28-ci dəqiqədə Jair Kunya açıb. 44-cü dəqiqədə İqor Jesus fərqi artırıb.

76-cı dəqiqədə Aleks Roldan hesab arasında fərqi azaltsa da, Sietl təmsilçisinin bundan artığına gücü çatmayıb.

Beləliklə, ilk turun oyunlarından sonra B qrupunda PSJ və “Botafoqo” komandaları 3 xalla qrupa liderlik edirlər, İspaniyanın “Atletiko Madrid” və “Sietl Saunders” klublarının hesabında isə xal yoxdur.

Xatırladaq ki, qrupun ilk oyununda Fransanıln PSJ klubu “Atletiko Madrid”I 4:0 hesabı ilə darmadağın etmişdi.

Seçilən
33
6
teleqraf.com

6Mənbələr