ain.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanın daha iki cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının fərdi yarışında medal qazana bilməyib.
Futbolpress.az xəbər verir ki, Fidan Əlizadə (57 kq) 1/16 finalda Maritsa Perişiçə uduzub. Rəşid Məhəmmədəliyev ilk raunnda Kazbek Naquçevi (BƏƏ) mübarizədən kənarlaşdırıb, 1/8 finalda Laşa Şavdatuaşvilidən (Gürcüstan) güclü olub. O, 1/4 finalda Baysanqur Baqayevə (Serbiya), təsəlliverici qarşılaşmada isə yapon Tatsuki İşiharaya məğlub olub.
Daha əvvəl olimpiya, dünya və Avropa çempionu Hidayət Heydərov 1/16 finalda Portuqaliya təmsilçisi Otari Kvantidzeyə yenilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.