BAKI. 15 iyun. TELEQRAF
Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında Azərbaycanın daha 3 cüdoçusu çıxışını medalsız başa vurub.
Teleqraf xəbər verir ki, qadınların mübarizəsində 57 kq çəki dərəcəsində yer alan Fidan Əlizadə 1/16 finala təsadüf edən ilk görüşündə serbiyalı Marika Perişiçə uduzub.
Kişilər arasında 73 kq çəkidə isə Azərbaycanı 2 cüdoçu təmsil edib. Onlardan olimpiya, dünya və 4 qat Avropa çempionu Hidayət Heydərov Portuqaliya cüdoçusu Otari Kvantidzeyə uduzub.
Yalnız Rəşid Məmmədəliyev mübarizəyə qələbə ilə başlayıb. O, 1/16 finalda BƏƏ təmsilçisi Kazbek Naquçevi üstələməyi bacarıb. 1/8 finalda isə rəqib gürcüstanlı olimpiya, ikiqat dünya və dördqat Avropa çempionu Laşa Şavdatuaşvili olub. Rəqibinə qalib gələn Məmmədəliyev növbəti mərhələyə yüksəlib.
1/4 finalda rəqib Serbiya təmsilçisi Baysanqur Baqayev olacaq.