Daha üç cüdoçumuz Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bu gün mübarizəyə başlayacaq.
“Football-plus.az" xəbər verir ki, üçüncü yarış günündə Fidan Əlizadə (57 kq), olimpiya, dünya, Avropa çempionu Hidayət Heydərov və Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) tatami üzərinə çıxacaqlar.
Fidan Mariya Perişiçin (Serbiya) müqavimətini qırmağa çalışacaq. Hidayət Otari Kvantidze (Portuqaliya ) ilə üz-üzə gələcək. Rəşid isə Kazbek Naquçev (BƏƏ) / Covanni Espozito (İtaliya) cütünün qalibi ilə münasibətlərinə aydınlıq gətirəcək. Hər üç idmançı mübarizəyə 1/16 finaldan start verəcək.
Qeyd edək ki, mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq. Cüdoçularımız mundialda hələ ki, medal qazana bilməyiblər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta