AZ

Azərbaycan millisi Macarıstana uduzdu

BAKI, 15 iyun. TELEQRAF

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa Gümüş Liqasında növbəti oyununa çıxıb.

Teleqraf xəbər verir ki, Fərid Cəlalovun rəhbərlik etdiyi kollektiv Bakıda təşkil olunan 2-ci tur çərçivəsində Macarıstan yığması ilə üz-üzə gəlib.

GİN-in Voleybol Mərkəzində baş tutan qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 3-cü turun qarşılaşmaları 20-22 iyun tarixlərində Farer adalarında təşkil olunacaq. Bu mərhələdə Azərbaycan millisinin rəqibləri meydan sahibi və Avstriya yığması olacaq.

Seçilən
24
2
teleqraf.com

5Mənbələr