AZ

Azərbaycan – Macarıstan oyununda məğlubiyyət

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa Gümüş Liqasında növbəti oyununa çıxıb.

Busaat.az xəbər verir ki, Fərid Cəlalovun rəhbərlik etdiyi kollektiv Bakıda təşkil olunan 2-ci tur çərçivəsində Macarıstan yığması ilə üz-üzə gəlib.

GİN-in Voleybol Mərkəzində baş tutan qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 3-cü turun qarşılaşmaları 20-22 iyun tarixlərində Farer adalarında təşkil olunacaq. Bu mərhələdə Azərbaycan millisinin rəqibləri meydan sahibi və Avstriya yığması olacaq.

Seçilən
17
3
busaat.az

5Mənbələr