ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa Gümüş Liqasında növbəti oyununa çıxıb.
Bakıvaxtı.az xəbər verir ki, Fərid Cəlalovun rəhbərlik etdiyi kollektiv Bakıda təşkil olunan 2-ci tur çərçivəsində Macarıstan yığması ilə üz-üzə gəlib.
GİN-in Voleybol Mərkəzində baş tutan qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 3-cü turun qarşılaşmaları 20-22 iyun tarixlərində Farer adalarında təşkil olunacaq. Bu mərhələdə Azərbaycan millisinin rəqibləri meydan sahibi və Avstriya yığması olacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.