AZ

ABŞ-ın “virtual səfirliyi” İranda olan vətəndaşlarını ölkəni təcili tərk etməyə çağırdı

ABŞ-ın

Tehranda gərginliyin artması fonunda ABŞ-ın İrandakı "virtual diplomatik nümayəndəliyi" ABŞ vətəndaşlarına İranı dərhal tərk etmələri barədə təkrar və ciddi xəbərdarlıq yayıb. Bununla yanaşı, Türkiyə, Ermənistan və Azərbaycanla sərhəddə yerləşən aktiv quru sərhəd-keçid məntəqələrinin siyahısı da dərc olunub.Açıqlamada qeyd olunur:“ABŞ vətəndaşları heç bir halda İrana səfər etməməli və əgər oradadırlarsa, dərhal ölkəni tərk etməlidirlər. İranı tərk edə bilməyən ABŞ vətəndaşları uzun müddət sığınacaqda qalmağa hazır olmalıdırlar. İranda olan amerikalılar artan regional gərginlik fonunda ciddi və böyüyən təhlükələrlə üz-üzədirlər.”Bundan əlavə, "virtual səfirlik" xəbərdarlıq edib ki, İran hökuməti Türkiyə ilə sərhədi keçmək istəyən, lakin Türkiyə vətəndaşı olmayan şəxslərə qarşı məhdudiyyətlər tətbiq edə bilər.Xatırladaq ki, ABŞ-ın İranda rəsmi səfirliyi 1980-ci ildən bəri fəaliyyət göstərmir.Ulusum.az

Diqqət Çəkənlər

Qarpız içindən “yaşıl təhlükə” çıxdı: 270 kilo marixuana

İsrail Husi rəhbərliyinə zərbə endirdi: Hədəf – Baş Qərargah rəisi idi

Ər-arvadın ayrı yataq otağı olmalıdır? – Sevgi ilə sərhədlər arasında

Seçilən
35
11
ulusum.az

10Mənbələr