PSJ-nin baş məşqçisi Luis Enrike Fransa nəhənginin 2025-ci il FIFA Klub Dünya Kubokunda iddası ilə bağlı sualı cavablayıb.
Arena.az “Ekip” nəşrinə istinadən, 55 yaşlı ispan mütəxəssisin müvafiq açıqlamsını təqdim edir:
– Çempionlar Liqasındakı qalibiyyətdən iki həftə sonra siz növbəti yarışda iştiraka başlayacaqsınız. Hansı əhval-ruhiyyədə və hansı iddialarla?
– Bu, çox müsbət bir duyğudur. Biz tarixə daxil olmuşuq, iddialarımız isə mövsümün əvvəlindən vardı. Biz xoşbəxtik. Amma biz müvafiq yarışa ən yaxşı surətdə hazırlaşmalıyıq. Biz artıq buna doğru gedirik.
Xatırladaq ki, 2025-ci il FIFA Klub Dünya Kuboku ABŞ-da keçirilir, iyunun 14-də başlamş yarışa iyulun 13-də yekun vurulacaq.
PSJ yarışın qrup mərhələsinin “B” qrupunda “Atletiko” (Madrid, İspaniya), “Botafoqo” (Braziliya) və “Sietl Saunders” (ABŞ) komandaları ilə klublararası dünya çempionatında mübarizəsinə başlayacaq.