AZ

Klublararası DÇ: PSJ “Atletiko”nu darmadağın edib

Fransanın “Pari Sen-Jermen”i (PSJ) klublararası dünya çempionatının qrup mərhələsinin ilk turunda İspaniyanın “Atletiko Madrid” komandasını 4:0 hesabı ilə məğlub edib.

“Report” xəbər verir ki, qarşılaşma Pasadenada (ABŞ, Kaliforniya ştatı) baş tutub.

Qaliblər heyətində qolları Fabian Ruis (19-cu dəqiqə), Vitiniya (45+1), Senni Meyulyu (87) və Li Kan İn (90+7) vurublar.

78-ci dəqiqədə “döşəkçilər”in fransalı müdafiəçisi Kleman Lanqle ikinci sarı vərəqə alaraq meydandan qovulub.

PSJ və “Atletiko” B qrupunda Braziliyanın “Botafoqo” və ABŞ-nin “Sietl Saunders” komandaları ilə mübarizə aparırlar. Bu komandalar arasında matç iyunun 16-da keçiriləcək. Növbəti turda parislilər Bakı vaxtı ilə iyunun 20-nə keçən gecə “Botafoqo” ilə, “Atletiko” isə həmin vaxt “Sietl Saunders” ilə üz-üzə gələcək.

Seçilən
20
1
report.az

10Mənbələr