AZ

Dünya çempionatında daha 4 oyun - PSJ "Atletiko Madrid"lə üz-üzə

BAKI, 15 iyun. TELEQRAF

Bu gün ABŞ-də təşkil olunan FIFA Klublararası Dünya Çempionatının qrup mərhələsində I turun daha dörd qarşılaşması keçiriləcək.

Teleqraf xəbər verir ki, günün ilk oyunu C qrupunda Almaniya "Bavariya"sı ilə Yeni Zelandiyanın "Oklend Siti" komandası arasında baş tutacaq.

TQL stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Günün mərkəzi oyunu isə B qrupunun təmsilçiləri arasında olacaq. Burada Çempionlar Liqasının son qalibi Fransa PSJ-si ilə İspaniya "Atletiko Madrid"iüz-üzə gələcək.

Bakı vaxtı ilə saat 23:00-da başlanacaq matç "Rouz Boul" stadionunda keçiriləcək.

FIFA Klublararası Dünya Çempionatı

I tur

A qrupu

02:00 "Palmeyras" (Braziliya) - "Portu" (Portuqaliya)

B qrupu

23:00 PSJ (Fransa) - "Atletiko Madrid" (İspaniya)

06:00 "Botafoqo" (Braziliya) - "Sietl Saunders" (ABŞ)

C qrupu

20:00 "Bavariya" (Almaniya) - "Oklend Siti" (Yeni Zelandiya).

Qeyd edək ki, mundiala iyulun 13-də yekun vurulacaq.

Seçilən
10
1
teleqraf.com

10Mənbələr