AZ

Şəkidə yük avtomobili aşıb, ölən və xəsarət alanlar var

Şəkidə yük avtomobili aşıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhər ərazisində baş verib.

Belə ki, avtomobil yük boşaldərkən aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 1968-ci il təvəllüdlü Rizvan Cəlilov aldığı xəsarətlərdən hadisə yerində ölüb, daha iki nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
67
17
report.az

10Mənbələr