Şəkidə yük avtomobili aşıb.
Hadisə şəhər ərazisində baş verib.
Belə ki, İlqar Hacıyevin idarə etdiyi "ZİL" markalı yük avtomobili yük boşaldarkən aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 1968-ci il təvəllüdlü Rizvan Cəlilov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Qəza zamanı avtomobilin sürücüsü və digər sərnişin - 58 yaşlı Qüdrət Alxasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.