Şəkidə yük avtomobili aşıb.
Yenisabah.az xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.
Belə ki, İlqar Hacıyevin idarə etdiyi "ZİL" markalı yük avtomobili yük boşaldarkən aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 1968-ci il təvəllüdlü Rizvan Cəlilov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Qəza zamanı avtomobilin sürücüsü və digər sərnişin - 58 yaşlı Qüdrət Alxasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır./Oxu.az
Telegram kanalımız