AZ

Maliyyə naziri: "Keyfiyyətli səhiyyə xidmətləri üçün kifayət qədər maliyyələşmə mövcuddur"

Azərbaycanda əhalinin keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığının təmin olunması üçün kifayət qədər maliyyələşmə mövcuddur.

"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirilb.

Onun sözlərinə görə, ayrılan vəsaitlərin təyinatı üzrə səmərəli xərc edilməsi istiqamətində mütəmadi şəkildə təkmilləşdirmələr aparılır.

"Aktual məsələlərdən biri kimi, bölgələrdə səhiyyə infrastrukturunun və insan resurslarının çatışmazlığı, xəstəxana şəbəkəsinin optimallaşdırılması və müasir tibbi texnologiyaların tətbiqi istiqamətində ayrılan vəsaitlərin səmərəli istifadəsinə nəzarətin daha da gücləndirilməsi millət vəkillərini maraqlandıran mövzular sırasında idi. Məlumdur ki, dövlət səhiyyə xidmətlərinin əsas hissəsini icbari tibbi sığorta çərçivəsində TƏBİB-in qurumları göstərir. Bu məqsədlə hər il dövlət büdcəsindən əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması və səhiyyə sahəsində dövlət proqramlarının və tədbirlərin icrası üçün müvafiq məbləğdə vəsaitlər ayrılır və tam maliyyələşdirilir. Müqayisə üçün, 2024-cü ilin dövlət büdcəsində bu məqsədlə ayrılan vəsait 3 il öncəsinə nisbətən 323 milyon manat və yaxud 31 % çox olmaqla, 1 milyard 368 milyon manat vəsait təşkil edib. Həmin vəsaitlərdən başqa, İcbari Tibbi Sığorta Fonduna icbari tibbi sığorta ödənişləri və aksizlər üzrə daxilolmalar da yığılır ki, bunun nəticəsində Fondun 2024-cü il üzrə gəliri 2,5 milyard manata çatıb və maliyyə imkanları ötən illərə nəzərən daha da artıb", - deyə nazir qeyd edib.

Seçilən
0
2
report.az

5Mənbələr