“Ölkə ərazisində əhalinin keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığının təmin olunması üçün kifayət qədər maliyyələşmə formalaşdırılır. Ayrılan vəsaitlərin təyinatı üzrə səmərəli xərc edilməsi istiqamətində mütəmadi şəkildə təkmilləşdirmələr aparılır".
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsində maliyyə naziri Sahil Babayev deyib.
Nazir müqayisələr aparıb. Bildirib ki, bu məqsədlə 2024-cü ilin dövlət büdcəsində ayrılan vəsait üç il əvvələ nisbətən 323 milyon -3 faiz çox olmaqla, 1.368 milyon manat vəsait təşkil edib. Həmin vəsaitlərdən başqa, İcbari Tibbi Sığorta Fonduna icbari tibbi sığorta ödənişləri və aksizlər üzrə daxilolmalar da yığılır ki, bunun nəticəsində TƏBİB-in 2024-cü il üzrə gəliri 2.5 milyard manata çatıb və maliyyə imkanları ötən illərə nəzərən daha da artıb.