AZ

"Səhiyyə xidmətlərinin əsas hissəsini TƏBİB həyata keçirir" - Nazir

"Ölkə ərazisində göstərilən dövlət səhiyyə xidmətlərinin əsas hissəsi icbari tibbi sığorta çərçivəsində TƏBİB-in qurumları tərəfindən həyata keçirilir".

 


Sfera.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. 

 

S.Babayev qeyd edib ki, bu məqsədlə hər ilin dövlət büdcəsindən əhalinin icbari tibbi sığortalanması və səhiyyə sahəsində dövlət proqramlarının və tədbirlərin icrası üçün müvafiq məbləğdə vəsaitlər ayrılır və tam maliyyələşdirilir:

 

"Müqayisə üçün, 2024-cü ilin dövlət büdcəsində bu məqsədlə ayrılan vəsait 3 il öncəsinə nisbətən 323  milyon manat və ya 31 faiz çox olmaqla, 1,37 milyard manat vəsait təşkil edib.


Həmin vəsaitlərdən başqa, İcbari Tibbi Sığorta Fonduna icbari tibbi sığorta ödənişləri və aksizlər üzrə daxilolmalar da yığılır ki, bunun nəticəsində Fondun 2024-cü il üzrə gəliri 2,5 milyard manata çatmış və maliyyə imkanları ötən illərə nəzərən daha da artıb. 


Göstərilənlərə əsasən qeyd edirik ki, ölkə ərazisində əhalinin  keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığının təmin olunması üçün kifayət qədər maliyyələşmə formalaşdırılır. Ayrılan vəsaitlərin təyinatı üzrə səmərəli xərc edilməsi istiqamətində mütəmadi şəkildə təkmilləşdirmələr aparılır”.

 

Firuzə Əliyeva
Sfera.az

Seçilən
0
3
sfera.az

5Mənbələr